“Starbucks” minlərlə müştərisini hepatit A-ya yoluxdura bilərmiş

“Starbucks” minlərlə müştərisini hepatit A-ya yoluxdura bilərmiş
  22 Noyabr 2021    Oxunub:2445
Məşhur qəhvə şəbəkəsi “Starbucks”ın Nyu-Cersidəki filiallarından birində minlərlə müştəri hepatit A xəstəliyinə tutula bilər.
AzVision.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Nəşr qeyd edib ki, bu xəstəlik qurumun əməkdaşlarından birində aşkarlanıb.
Söhbət hepatit B və C-dən fərqli olaraq, çirklənmiş qida, su istehlakı nəticəsində və ya yoluxmuş şəxslə birbaşa təmas nəticəsində ötürülə bilən hepatit A-dan getdiyindən minlərlə insan yoluxa bilər.

Vurğulanıb ki, kafe yerli sakinlər arasında çox populyardır, gündə ən azı 600 nəfər buranı ziyarət edir.

AzVision.az


Teqlər: Kofe   Hepatit  





Xəbər lenti