Bakı və Qusarın bəzi ərazilərində qaz kəsilib

Bakı və Qusarın bəzi ərazilərində qaz kəsilib
  22 Noyabr 2021    Oxunub:659
Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinə məxsus “Yeni Binə” qazpaylayıcı şəbəkəsində aparılacaq təmirlə əlaqədar bu gün saat 09:00-dan etibarən işlər başa çatana qədər Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun - Binə və Qala qəsəbələrinin təbii qazla təchizatı dayandırılıb.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AzVision.az -a verilən məlumata görə, həmçinin Qusar rayonunun qaz təchizatının yaxşılaşdırılması üçün “Təmiz Qaz” QSC-nin apardığı texniki baxış nəticəsində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması səbəbindən saat 09:00-dan işlər başa çatana qədər “Qusar” qazpaylacıyı şəbəkəsi ilə təchizat dayandırılıb.

Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq. “Azəriqaz” müvəqqəti narahatçılığa görə abunəçilərdən üzr istəyib.

AzVision.az



Teqlər: Bakı   Qusar  





Xəbər lenti