Hava ilə əlaqədar sürücülərə tövsiyə

Hava ilə əlaqədar sürücülərə tövsiyə
  30 Mart 2014    Oxunub:896
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə ehtiyatlı olmağı tövsiyə edir.
AzVision.az Mərkəzə istinadən məlumat verir ki, qurum yolların sürükşən olması ilə əlaqədar sürücülərə daha ehtiyatlı olmalarını və ara məsafəsini gözləmələrini tövsiyə edir.

Respublika Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qarlı hava şəraiti yollarda nəqliyyatın hərəkətinə təsir etməyib.

Bununla belə, yol polisi sürücülərə diqqətli olmağı, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından istifadə etməməyi tövsiyə edir.

Qeyd edək ki, hazırda respublıka ərazisində qarlı, küləkli hava şəraiti müşahidə olunur. Sabahdan havanın temperaturu yüksəlməyə başlayacaq.



Teqlər:  





Xəbər lenti