Tovuzda dəhşətli qəza

Tovuzda dəhşətli qəza
  30 Mart 2014    Oxunub:1195
Hərbi xidmətə hazırlaşan gənc yol qəzasının qurbanı oldu.
Tovuzun Dondar-Quşçu kəndi ərazisində dəhşətli yol qəzası baş verib.

AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, qəza nəticəsində sərnişin 18 yaşlı Cavid Cahanoğlu hadisə yerindəcə ölüb. Daha 3 nəfər Abdulla Abdullayev, Səbuhi Aslanov və daha bir kənd sakini ağır xəsarətlər alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, havanın yağışlı olması və avtomobilin yüksək sürətlə idarə olunması qəzanı qaçılmaz edib.

Qeyd edək ki, qəza zamanı həyatını itirən gənc bir neçə gündən sonra hərbi xidmətə yola düşəcəkmiş.

Həmin ərazidə bir neçə ay bundan öncə də ölümlə nəticələn avtoqəza baş vermişdi. Nəticədə gənc oğlan dünyasını dəyişmişdi.


Teqlər:





Xəbər lenti