Azərbaycanın nümayəndə heyəti İrana gedəcək

Azərbaycanın nümayəndə heyəti İrana gedəcək
  20 Noyabr 2021    Oxunub:1070
Noyabrın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.
AzVision.az xəbər verir ki, səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.

Nümayəndə heyətinin İranın Birinci vitse-prezidenti Məhəmməd Muxbir ilə görüşü də nəzərdə tutulub.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti