Güclü külək binanın dam örtüyünü qopardı

Güclü külək binanın dam örtüyünü qopardı
  30 Mart 2014    Oxunub:932
Bakıda güclü külək yaşayış binasının dam örtüyünü qoparıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda güclü küləyin əsməsi nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsi qoparaq, binanın sakinlərinə təhlükə yaradıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaranmış təhlükəni aradan qaldırıblar.


Teqlər:





Xəbər lenti