Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
AzVision.az -a verilən məlumata görə, keçirilən tədbirlər zamanı müxtəlif küçə və prospektlərində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıblar.
Edilən xəbərdarlıqlara baxmayaraq qaydaları pozan avtomobillərin sahibləri barəsində isə inzibati qaydada protokollar tərtib olunub.
AzVision.az