Vergi hesabatı hansı hallarda qəbul edilmir?

Vergi hesabatı hansı hallarda qəbul edilmir?
  19 Noyabr 2021    Oxunub:1993
Vergi hesabatında vergiödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə, vergi dövrü əks olunmadıqda vergi orqanı tərəfindən qəbul edilmir.
AzVision.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq edilmədikdə, vergiödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda, həmçinin vergiödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olmadıqda da vergi hesabatı qəbul olunmur.

AzVision.az


Teqlər: Vergi  





Xəbər lenti