Lənkəranda 13 mina zərərsizləşdirilib

Lənkəranda 13 mina zərərsizləşdirilib
  30 Mart 2014    Oxunub:893
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi əməliyyat qrupu Lənkəranın dənizsahili ərazilərinin minalardan təmizlənməsinə başlayıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, 13 nəfərlik qrup tərəfindən qısa müddətdə 15 hektar ərazinin 4 hektarında 13 ədəd TM-62 tipli tank əleyhinə mina və 2 ədəd mina başlığı aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-nın baş mütəxəssisi Adil Aslanovun verdiyi məlumata görə, axtarışların aparıldığı ərazidə keçmiş SSRİ zamanında tank alayı yerləşib. 1990-cı illərin əvvəllərində hərbçiləri Lənkəranı tərk edərkən alaya məxsus xeyli sayda silah-sursatı ataraq gediblər.

Xəzər dənizində suyun səviyyəsi qalxdıqdan sonra hərbi hissənin yerləşdiyi ərazinin bir çox hissəsi, o cümlədən 2 hərbi sursat anbarı su altında qalıb.
Odur ki, ANAMA-nın əməliyyatçıları axtarışları təkcə quruda deyil, həm də dənizdə aparıblar.


Teqlər:  





Xəbər lenti