Ali məhkəmənin plenum iclası keçirilib

   Ali məhkəmənin plenum iclası keçirilib
  19 Noyabr 2021    Oxunub:1124
2021-ci il noyabrın 19-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenum iclası keçirilib.
Ali Məhkəmədən AzVision.az -a verilən məlumata görə, plenumda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunmuş və təhlillər aparılıb.

Qeyd olunmuşdur ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Ölkəmizdə bu sahədə məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək prioritet məsələlərdəndir. Plenumda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.

Plenumda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul olunub. Plenumda həmçinin konkret işlərə baxılıb.

AzVision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti