Bəhramtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulacaq

Bəhramtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulacaq
  30 Mart 2014    Oxunub:1751
AzVision.az “Azəryolservis” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yaxın vaxtlarda Bəhramtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulmasına başlanılacaq.

Bəhramtəpə-Biləsuvar avtomobil yolu Hacıqabul
Bəhramtəpə avtomobil yolunun 115 kilometrindən başlayır və Biləsuvar şəhərində başa çatır. Bu yol Mingəçevir-Bəhramtəpə avtomobil yolunun davamı olaraq respublikanın cənub-qərb və şimal bölgələrini əlaqələndirən əsas yoldur.

Ümumi uzunluğu 62 kilometr olan üçüncü texniki dərəcəli avtomobil yolunun yenidən qurulmasına dair layihənin xarici investisiyalar hesabına həyata keçirilməsi nəzərdə tutulur.

Hazırda müvafiq sənədləşdirmə işləri və digər texniki prosedurlar aparılır.


Teqlər:





Xəbər lenti