"Ölkədə iqtisadi sabitlik qorunub saxlanılıb" - Spiker

   "Ölkədə iqtisadi sabitlik qorunub saxlanılıb" -    Spiker
  16 Noyabr 2021    Oxunub:704
2022-ci il dövlət büdcəsinin məbləği 30 milyard manata yaxın olacaq. Gələn ilin büdcəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə möhkəm zəmin yaradır.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 16-dakı iclasında deyib. Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasda müzakirə olunan məsələlərdən 22-si büdcə zərfinə daxildir. Büdcə zərfinə daxil olan məsələlər ölkənin iqtisadi vəziyyətini özündə ehtiva edir.

Milli Məclisin sədri deyib ki, COVID-19 pandemiyasına baxmayaraq, Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkədə iqtisadi sabitlik qorunub saxlanılıb.

AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti