İctimai yerlərdə 9 koronavirus xəstəsi saxlanılıb

İctimai yerlərdə 9 koronavirus xəstəsi saxlanılıb
  16 Noyabr 2021    Oxunub:632
Noyabrın 15-də polis əməkdaşları tərəfindən respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti