Biznes Forumda əməkdaşlığa dair bir neçə sənəd imzalanıb

 Biznes Forumda əməkdaşlığa dair bir neçə sənəd imzalanıb
  15 Noyabr 2021    Oxunub:1620
Bu gün keçirilən 25-ci Beynəlxalq Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında bir sıra Anlaşma Memorandumları imzalanıb.
AzVision.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzinin sədri Eyup Vural Aydın arasında Dövlət-Özəl Tərəfdaşlığı üzrə Niyyət Protokolu imzalanıb.



Bundan əlavə, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı arasında birgə Yol xəritəsinin imzalanması həyata keçirilib. Gənc Sahibkarlar Şəbəkəsi Assosiasiyasının sədri Xaliq İldırımzadə ilə Gənc MUSİAD-ın sədri Furkan Akbal arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti