Qubada 5 yaşlı uşağı maşın vurub- VİDEO, YENİLƏNİB
AzVision.az RTV-yə istinadən məlumat verir ki, küçədə oynayan 5 yaşlı Abbasquliyev Rəsul Tahir oğlunu naməlum avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Tibb müəssisəsinin həkimi Ramazan Fətəliyevin verdiyi məlumata görə, xəsarət alan azyaşlıya qapalı kəllə beyin travması, baş-beyinin silkələnməsi və alın nahiyəsinin əzilməsi diaqnozu qoyulub. Onun vəziyyəti orta-ağırdır.
Faktı araşdıran Quba rayon Polis Şöbəsinin müstəntiqi İlkin Kərimov hadisə barədə ətraflı məlumat verməyib. O, RTV-yə açıqlamasında qəzanın hansı şəraitdə baş verdiyini və kim tərəfindən törətdildiyini bilmədiyini qeyd edib.