Bu il 45 mindən çox şəxsə əlillik verilib

   Bu il 45 mindən çox şəxsə əlillik verilib
  14 Noyabr 2021    Oxunub:1229
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin olunub.
AzVision.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Onlardan 14 245-i ilkin, 31 432-si təkrar əlillik təyinatıdır.

Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə sosial ödənişlər təyin edilib.

Bu ilin 10 ayında həmçinin əlilliyi olan 7 615 şəxsə 38 670 reabilitasiya vasitəsi verilib, 6 429 şəxsə isə reabilitasiya xidmətləri göstərilib.



AzVision.az


Teqlər: əlillik  





Xəbər lenti