On ayda 766 mindən çox əmək müqaviləsi bağlanıb

On ayda 766 mindən çox əmək müqaviləsi bağlanıb
  13 Noyabr 2021    Oxunub:1021
Cari ilin noyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 766 min 593 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 226 min 671 ədəd çoxdur.
Dövlət Vergi Xidmətindən AzVision.az -a bildirilib ki, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və bu, gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

AzVision.az


Teqlər: Əməkmüqaviləsi  





Xəbər lenti