"Fitch" Azərbaycanın uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib

"Fitch" Azərbaycanın uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib
  13 Noyabr 2021    Oxunub:770
2021-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı profisitə qayıdaraq ümumi daxili məhsulun 7,9 faizini təşkil edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda deyilir. Ötən il bu göstərici üzrə ÜDM-in 0,5 faizi qədər kəsir qeydə alınmışdı.

Agentliyin proqnozlarına əsasən, Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı 2022-2023-cü ilərdə 5,3 faizədək azalacaq. Bu, əsasən neft qiymətlərinin 2022-ci ildə 55 dollar/barel, 2023-cü ildə isə 53 dollar/barel səviyyəsində proqnozlaşdırılması ilə əlaqədardır. Qeyd edək ki, neft qiymətlərinin bu il üçün proqnozu 63 dollar/barel idi.

Eyni zamanda, "Fitch Ratings" Azərbaycanın xarici valyutada emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnozunu "Stabil" proqnozla "BB+" səviyyəsində təsdiq edib.

"Reytinq Azərbaycanın çox güclü xarici balansı, dövlət borcunun aşağı səviyyəsi və suveren rifah fondunun iri aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir. Azərbaycanın böyük xarici bufer ehtiyatları koronavirus pandemiyası dövründə qorunub saxlanıb və yüksək neft qiymətləri ilə dəstəklənir. 2021-ci ilin üçüncü rübünün sonuna 2020-ci ilin sonundakı 49,9 milyard dollardan xarici valyutada suveren aktivlər 51,2 milyard dollaradək artıb".

AzVision.az


Teqlər:





Xəbər lenti