Masallıda evlərdən oğurluq edənlər saxlanıldı

Masallıda evlərdən oğurluq edənlər saxlanıldı
  13 Noyabr 2021    Oxunub:1153
Masallı rayonu ərazisindəki evlərin birindən 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini E.Məmmədov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, aparılan tədbirlərlə onun həmkəndlisi R.Ağayevlə birgə daha bir evdən 5 min, digər evdən isə 1500 manat dəyərində məişət əşyaları oğurladıqları da müəyyənləşdirilib
Aparılan əməliyyatlarla R.Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Oğurluq  





Xəbər lenti