Pirallahıda ər arvadının boğazını kəsərək ölürüb

   Pirallahıda ər arvadının boğazını kəsərək ölürüb
  11 Noyabr 2021    Oxunub:2996
Pirallahı rayonunda qətl hadisəsi olub.
Rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, noyabrın 10-u saat 17 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Femisidi - qadın qətllərini necə durduraq?

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:   Femisid  





Xəbər lenti