Qaradağda yanğın, 5 nəfər təxliyə olunub

Qaradağda yanğın, 5 nəfər təxliyə olunub
  11 Noyabr 2021    Oxunub:1082
Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 30 m² olan talvarın taxta atmaları yanıb.
Bu barədə AzVision.az Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. Yanğın zamanı yaxınlıqdakı evin tüstü dolmuş otaqlarından yatmış vəziyyətdə olan 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti