Siqaret və spirtli içkilərin rüsumlar yenidən artırıla bilər

   Siqaret və spirtli içkilərin rüsumlar yenidən artırıla bilər
  10 Noyabr 2021    Oxunub:920
“Azərbaycanda tütün məmulatları (siqaret) və spirtli içkilər üçün aksiz markalarının dövlət rüsumları digər ölkələrlə müqayisədə təxminən 2 dəfə azdır”.
AzVision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.

“Onlar ərzaq məhsulları sayılmır və hesab edirəm ki, bu sahədə rüsumların artırılması üçün hələ ki, potensial var”, - deyə o qeyd edib.

AzVision.az



Teqlər: Araq   Siqaret  





Xəbər lenti