16 rayonda sosial yardımla bağlı yoxlamalara başlanılıb

   16 rayonda sosial yardımla bağlı yoxlamalara başlanılıb
  10 Noyabr 2021    Oxunub:1061
"Artıq 16 rayon üzrə ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlanmalar başlanıb".
AzVision.az -ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə,sönrakı mərhələdə bu, 46 rayona çatdırılacaq.

S.Babayev həmçinin bildirib ki, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib.

AzVision.az


Teqlər: Sosial-yardım   ƏƏSMN  





Xəbər lenti