Əsassız pensiyaların ləğvi ilə 500 milyon manata qənaət edilib

   Əsassız pensiyaların ləğvi ilə 500 milyon manata qənaət edilib
  10 Noyabr 2021    Oxunub:916
“2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib".
AzVision.az -ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir deyib ki, cari ilin 10 ayı üzrə isə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib.

AzVision.az


Teqlər: Pensiya  





Xəbər lenti