Toylara görə daha 68 nəfər cərimələnib

Toylara görə daha 68 nəfər cərimələnib
  10 Noyabr 2021    Oxunub:487
Noyabrın 6-9-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 341 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, monitorinq 283 şadlıq sarayında, 58 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 174 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az


Teqlər: Toy  





Xəbər lenti