Bağdadda partlayış olub, ölənlər var

Bağdadda partlayış olub, ölənlər var
  29 Mart 2014    Oxunub:824
Bağdadın şimalında 3 partlayış törədilib.
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Əyalət polisinin sözlərinə görə, hər üç hadisə Sulayx rayon bazarının girişində, insanların çoxluq təşkil edildiyi yerdə baş verib.

Qeyd edək ki, martın 27-də də Bağdadda 4 güclü partlayış baş verib. Partlayış nəticəsində 26 nəfər həlak olub, 84 nəfər isə ağır xəsarət alıb. Birinci partlayış Amiriyyə rayonunda baş verib. Hadisə nəticəsində 3 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb. İkinci partlayış paytaxtın cənub-qərb hissəsində qeydə alınıb və nəticədə 4 nəfər həlak olub, 14 nəfər isə xəsarət alıb.

Ücüncü terror aktı əl-Aramiyə rayonunda minalanmış avtomobilin partlaması nəticəsində baş verib. İnsident zamanı 12 nəfər həlak olub, 28 nəfər isə yaralanıb. Bu partlayışların ardınca, bir neçə dəqiqədən sonra həmin rayonda bazarın qarşısında da eyni hadisə baş verib. Nəticədə 7 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.


Teqlər:





Xəbər lenti