Xaçmazda yol qəzası baş verib

Xaçmazda yol qəzası baş verib
  29 Mart 2014    Oxunub:1471
Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 23-cü km-də qeydə alınıb. Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini 1991-ci il təvəllüdlü Dadaşov İlqar Vahid oğlunun idarə etdiyi “VAZ 21 07” markalı 27 BH 250 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq beton elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində maşında olan sərnişin Xaçmaz rayonu, Nabran kənd sakini 1992-ci il təvəllüdlü Abdıyev Rüstəm Qalib oğlu aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Xaçmaz Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.



Teqlər:





Xəbər lenti