3 yaşınadək uşaqlara qulluq üçün müavinət artırılır

   3 yaşınadək uşaqlara qulluq üçün müavinət artırılır
  08 Noyabr 2021    Oxunub:906
Gələn il 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar verilən müavinətlərin maliyyələşdirilməsi üçün növbəti ildə 15 mln. manat məbləğində vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.
AzVision.az -ın məlumatına görə, bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb. Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 3,7 mln. manat (32,7%), 2020-ci ilin faktiki icrasından isə 5,8 mln. manat (63%) çoxdur.

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.

AzVision.az


Teqlər: Müavinət  





Xəbər lenti