“Enerji istehsalı sahəsində acınacaqlı vəziyyət yaranıb” - Ekspert

“Enerji istehsalı sahəsində acınacaqlı vəziyyət yaranıb” -    Ekspert
  05 Noyabr 2021    Oxunub:895
“Koronavirus (COVID-19) pandemiyası dünyada enerjiyə əlçatanlığı azaldıb. İqlim dəyişmələri isə enerji istehsalını sahəsində ağır, acınacaqlı vəziyyət yaradıb”.
AzVision.az xəbər verir ki, bunu Enerji Proqramları Bürosunun idarəçilik və şəffaflıq ofisinin rəhbəri Meri Varlik VIII Qlobal Bakı Forum çərçivəsində keçirilən “Qlobal iqlim dəyişiklikləri ilə mübarizə və enerjiyə qlobal ehtiyacların qarşılanması” mövzusunda panel müzakirələrində deyib.

“Dünyanın enerji istehsalı sahəsində mənzərəsi nəzərdən keçirilsə burada vəziyyətin ürəkaçan olmadığı görünər. Enerji istehsalı zamanı istixana qazları sıfırlanmalıdır. Hindistan kimi ölkələrdə bu vacib ssenaridir. 2050-ci ilə qədər ABŞ, Avropa İttifaqı və dünyanın qalan yerlərində istixana qazları 50 %-ə qədər azalmalıdır. 2030-cu ilə qədər dünyada təbii qaza olan ehtiyac daha da artacaq”, - deyə o, qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: enerji  





Xəbər lenti