Xızıda mühafizəçi bıçaqlanaraq öldürülüb

Xızıda mühafizəçi bıçaqlanaraq öldürülüb
  03 Noyabr 2021    Oxunub:1479
Noyabrın 3-ü saat 09 radələrində Xızı rayonu ərazisində yerləşən “Yaşma Quşçuluq” MMC-nin ətraf mühafizəsində işləyən 1999-cu il təvəllüdlü Seymur Abbasovun bıçaqlanaraq öldürülməsi barədə Xızı rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan AzVision.az -a verilən məlumata görə, həyata keçirilən istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı, onunla eyni vəzifədə işləyən 1998-ci il təvəllüdlü Şəhriyar Salahlı şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Seymur Abbasovun döş qəfəsinin ön səthinin sol yarısına bıçaqla bir neçə xəsarət yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Şəhriyar Salahlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Xızı  





Xəbər lenti