Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq olacaq

   Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq olacaq
  03 Noyabr 2021    Oxunub:1313
Gələn ildən tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisini (ƏDV0 geri almaq mümkün olacaq.

AzVision.az -ın xəbərinə görə, bununla bağölı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Bundan əlavə, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına ödənilən ƏDV geri alınmayacaq.
Belə ki, 165.5-ci maddəyə təklif edilən dəyişikliyə görə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları, istisna olmaqla) habelə tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

AzVision.az


Teqlər: ƏDV  





Xəbər lenti