Avtomobillərlə bağlı dövlət rüsumları dəyişdirilir

   Avtomobillərlə bağlı dövlət rüsumları dəyişdirilir
  01 Noyabr 2021    Oxunub:2015
Minik avtomobillərinin mühərrik həcminə görə dövlət rüsumları müəyyənləşib.
AzVision.az -ın məlumata görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur. Dəyişikliklə minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;

3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;

4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.

AzVision.az


Teqlər: Avtomobil  





Xəbər lenti