Təhsil-tələbə Krediti Reyestri yaradılacaq

Təhsil-tələbə Krediti Reyestri yaradılacaq
  29 Oktyabr 2021    Oxunub:1059
Təhsil-tələbə kreditlərinin qeydiyyatı məqsədi ilə Təhsil-tələbə Krediti Reyestri yaradılacaq.
AzVision.az-ın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, təhsil-tələbə kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda tələbələrə təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin ödənilməsi üçün veriləcək.


AzVision.az


Teqlər: Tələbə   Təhsil  





Xəbər lenti