Ağdamda kişi və qadın skeletinin tapılması ilı bağlı araşdırma aparılır

   Ağdamda kişi və qadın skeletinin tapılması ilı bağlı araşdırma aparılır
  28 Oktyabr 2021    Oxunub:1440
Prokurorluq Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilı bağlı araşdırma aparır.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb. Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub. Şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

AzVision.az



Teqlər: Meyit   Qadın  





Xəbər lenti