"Polşa Aİ məhkəməsinin qərarını rədd etməlidir"
"Avropa Ədalət Məhkəməsinin Polşa hakimiyyətinin səlahiyyətlərinə müdaxilə edən qərarlarına məhəl qoyulmamalıdır. Seçilməyən və qeyri-demokratik Aİ orqanları özlərini Polşa cəmiyyətindən üstün tutmayacaq və onun demokratik iradəsinə zidd islahatların qarşısını almayacaq. Bəlkə ianələrin dayandırılması avrokratları düşündürəcək?”, - Romanovski əlavə edib.
Xatırladaq ki, Aİ və Polşa arasında məhkəmə islahatları ilə əlaqədar mübahisə gedir. Aİ Polşa hökumətinin islahatlarının məhkəmələrin müstəqilliyinə xələl gətirdiyini bəyan edir. Bu ilin iyul ayında Avropa Ədalət Məhkəməsinin Polşaya hakimlər üçün intizam palatasının fəaliyyətini dayandırmaq barədə xəbərdarlıq etməsi ilə mübahisə daha da qızışıb.
AzVision.az
Teqlər: Avropa-İttifaqı Polşa