Azərbaycan və Ermənistan dəmir yollarının açılmasında konsensusa yaxınlaşıb

   Azərbaycan və Ermənistan dəmir yollarının açılmasında konsensusa yaxınlaşıb
  27 Oktyabr 2021    Oxunub:1166
Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət işçi qrup istismarına başlanılması nəzərdə tutulan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bunu işçi qrupun Ermənistandan olan üzvü, baş nazirin müavini Mqer Qriqoryan bildirib.

Onun sözlərinə görə, avtomagistralların xəritəsi üzrə məsləhətləşmələr isə hələ davam edir: “Avtomobil yolları ilə bağlı hələlik konsensus yoxdur. Müxtəlif təkliflər var, lakin konsensus və ümumi yanaşma əldə olunmayıb. Avtomobil yollarına dair əlimizdə artıq hazır xəritə var deyə bilmərik. Dəmir yoluna gəlincə, daha yaxın yanaşmalar və baxışlar var. Orada suallar aydındır”.

AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan  





Xəbər lenti