"Biz açıq gərginlik mərhələsini başa çatdırdıq" - İranın XİN rəhbəri

   "Biz açıq gərginlik mərhələsini başa çatdırdıq" -    İranın XİN rəhbəri
  27 Oktyabr 2021    Oxunub:1163
Azərbaycanla İran arasında açıq müstəvidə gərginlik mərhələsi başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda qonşu ölkələrin XİN rəhbərlərinin Əfqanıstandakı vəziyyətə dair iclasının yekunlarına dair mətbuat konfransında bildirib. O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarının olduğuna diqqət çəkib.

“Düşünürəm ki, biz açıq gərginlik mərhələsini başa çatdırdıq”, - İran XİN rəhbəri qeyd edib.

İranlı nazir vurğulayıb ki, ölkələr arasında mövcud problemlər tədricən həll olunacaq.

AzVision.az


Teqlər: İran  





Xəbər lenti