Dünyada COVID-19-a yoluxanların sayı 245 milyonu ötüb

Dünyada COVID-19-a yoluxanların sayı 245 milyonu ötüb
  27 Oktyabr 2021    Oxunub:648
Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 245 milyon nəfəri ötüb.
AzVision.az xəbər verir ki, pandemiyanın statistikasını aparan Worldometer saytının bu gün saat 17:00 radələrinə olan məlumatına görə, hazırda dünyada koronavirusa 245 444 893 yoluxma halı qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 4 982 274 nəfərə, sağalanların sayı isə 222 493 446 nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada koronavirusa yoluxanların sayı 46,4 milyon nəfəri ötüb, 759 939 nəfər vəfat edib, 36,3 milyondən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə Hindistanda, üçüncü pillədə Braziliya qərarlaşıb. 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti