Ərdoğan Makronla görüşəcək

 Ərdoğan Makronla görüşəcək
  27 Oktyabr 2021    Oxunub:978
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

AzVision.az "CNN “Türk”ə istinadən xəbər verir ki, görüş 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək G-20 sammiti çərçivəsində baş tutacaq.
Görüşdə tərəflər Türkiyə-Avropa İttifaqı əlaqələri və Şərqi Aralıq dənizinin təhlükəsizliyi məsələsi başda olmaqla bir çox mövzularda müzakirə aparacaqlar.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   Fransa  





Xəbər lenti