896 şəxsin cinayət işinin istintaqı başa çatdırılıb

896 şəxsin cinayət işinin istintaqı başa çatdırılıb
  27 Oktyabr 2021    Oxunub:922
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununregemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, bu günün rəqəmi isə 896-dır. Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 896 şəxs barəsində başlanmış cinayət işinin istintaqının yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi təmin edilib.

AzVision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti