Ərdoğan: "Füzulidən İstanbula gediş-gəliş olacaq”

      Ərdoğan:    "Füzulidən İstanbula gediş-gəliş olacaq”
  27 Oktyabr 2021    Oxunub :506
"Dünən Azərbaycanda idik. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdik. İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı deyib.

O, azad edilmiş ərazilərində həm dəmir yol xətlərinin, həm də avtomobil yollarının çəkildiyini vurğulayıb: “Yolların çəkilişi ilə bağlı işlər davam edir. İnşallah, Azərbaycanla həmrəyliyimiz bu şəkildə davam edəcək və çox qısa zamanda Azərbaycan barmaqla göstərilən ölkələr arasında öz yerini tutacaq”.

Türkiyə Prezidenti Azərbaycana minatəmizləmə avadanlıqlarının göndərildiyini xatırladıb: "Ərazilər minalardan təmizlənir və orada kənd təsərrüfatı sürətlə inkişaf etdiriləcək".

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Azərbaycan   Türkiyə  







Xəbər lenti