Vergi sanksiyası gəlirləri əhəmiyyətli işlərə xərclənəcək

Vergi sanksiyası gəlirləri əhəmiyyətli işlərə xərclənəcək
  27 Oktyabr 2021    Oxunub:1124
Azərbaycanda vergi orqanlarının tətbiq etdiyi maliyyə sanksiyalarından gəlirlərin istifadə ediləcəyi istiqamətlərin sayı artırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev təsdiq etdiyi Vergi Məcəlləsində dəyişikliklərdə əksini tapıb.

Məcəllənin “Vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar” adlı 22-1.1.-ci maddəsinə edilən əlavə görə, Vergi sanksiyası gəlirləri dövlət və ictimai əhəmiyyətli işlərə xərclənə bilər.

Dəyişikliyə əsasən, həmin vəsaitlər yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədi ilə ayrıla bilərdi.

AzVision.az



Teqlər: Vergi   Sanksiya  





Xəbər lenti