Ərdoğan: "İran sağlam düşüncə ilə hərəkət edərsə, Azərbaycanla problem olmayacaq"

      Ərdoğan:    "İran sağlam düşüncə ilə hərəkət edərsə,  Azərbaycanla problem olmayacaq"
  27 Oktyabr 2021    Oxunub :882
"Azərbaycan Prezidenti İlham Əliyevlə İran məsələsini müzakirə etdik. İlham Əliyev qətiyyətli mövqedədir və heç bir güzəştə getmir".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə deyib.

“Dövlət başçısı bildirdi ki, biz İsrailə heç bir güzəşt etmirik. Biz İsraillə hər cür mal mübadiləsi apara bilərik. Müxtəlif ölkələrlə necə davranırıqsa, İsraillə də bu cür əlaqələrimiz var və gələcəkdə də bunu davam etdirəcəyik", - Ərdoğan vurğulayıb.

Əlavə edib ki, ölkələr bu məsələlərdə bir-birinin qərar mexanizmlərinə təsir etməməlidir və edə bilməzlər: "Ümid edirik ki, İran burada sağlam düşüncə ilə hərəkət edəcək. Belə olduğu halda isə İranla Azərbaycan arasında heç bir problem olmayacaq".

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Azərbaycan   Türkiyə   İran  







Xəbər lenti