"Qarabağ Avropa-Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir" - Bilal Ərdoğan

   "Qarabağ Avropa-Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir" -    Bilal Ərdoğan
  27 Oktyabr 2021    Oxunub :525
İşğaldan azad olunan torpaqlarda səfərdə olarkən son 30 il ərzində Qarabağın şəhər və kəndlərinin necə dağıdıldığının, məhv edildiyinin şahidi olduq. Həmin ərazilərə heç kim diqqət göstərmirdi. Bu torpaqlar taleyin ixtiyarına buraxılmışdı.
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən İnvestisiya və Mədəniyyət Sammitində Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan deyib. Onun sözlərinə görə, hazırda Qarabağın necə bərpa edildiyinin şahidi oluruq:

"İşğaldan azad edilən ərazilərin bərpası dünya iqtisadiyyatı üçün yaxşı xəbərdir. Burada daha çox kənd təsərrüfatı, turizm təşviq və təbliğ ediləcək. Bu, Azərbaycan, bütün coğrafiya üçün önəmlidir".

N.B.Ərdoğan qeyd edib ki, Azərbaycan, həmçinin Qarabağ Avropa-Asiya coğrafiyasında mühüm mədəni mərkəzdir: "Fikrimcə, bu fürsətdən istifadə edən investorlar mədəniyyətə yatırım edəcəklər".

Aytən Zəhra
AzVision.az

Teqlər: Qarabağ  







Xəbər lenti