Rusiyada uşaqlar üçün peyvənd tezliklə qeydiyyata alınacaq

Rusiyada uşaqlar üçün peyvənd tezliklə qeydiyyata alınacaq
  27 Oktyabr 2021    Oxunub:1152
Koronavirus infeksiyasına qarşı uşaq peyvəndi tezliklə qeydiyyata alına bilər, hazırda preparat ekspertiza mərhələsindədir.
AzVision.az xəbər verir ki, bu barədə Qamaleya adına Milli Epidemiologiya Araşdırma MərkəzininQamaleya adına Milli Elmi-Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qintsburq məlumat verib.

“Hazırda mütəxəssislər vaksin üzərində işləyir, farmakoloji müayinə aparılır. Ümid edirəm ki, tezliklə qeydiyyatla bağlı müsbət qərar olacaq”, - o deyib.

Bundan əvvəl Qintsburq bildirmişdi ki, Qamaleya Mərkəzində uşaqlar üçün hazırlanmış koronavirus peyvəndi “Sputnik M” adlandırıla bilər, burada "M" kiçik mənasını verir.

Pərvanə Sultanova
AzVision.az






Teqlər: Rusiya   Peyvənd  





Xəbər lenti