Azərbaycan hərbi və təhlükəsizlik sahəsinə 4,4 milyard ayıracaq

   Azərbaycan hərbi və təhlükəsizlik sahəsinə 4,4 milyard ayıracaq
  27 Oktyabr 2021    Oxunub:643
Gələn ilin dövlət büdcəsindən Azərbaycanın hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin məbləği məlum olub. AzVision.az xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb. Belə ki, gələn dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 4 489 892 429,0 manat vəsait ayrılıb.
2022-ci ildə müdafiə qüvvələri istiqamətləri üzrə 2 153 165 727,0 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 501 146,0 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 585 091,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 119 118,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 605 521 347,0 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 600 442 500,0 manat vəsaitin ayrılması nəzərdə tutulub.

AzVision.az



Teqlər: Büdcə  





Xəbər lenti