Ukrayna ilk dəfə "Bayraktar"dan döyüş əməliyyatında istifadə edib- VİDEO

   Ukrayna ilk dəfə "Bayraktar"dan döyüş əməliyyatında istifadə edib-   VİDEO
  26 Oktyabr 2021    Oxunub:1171
Ukrayna ilk dəfə olaraq Donbas bölgəsində Türkiyədən aldığı "Bayraktar" pilotsuz təyyarələrindən istifadə edib.
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" Ukrayna mətbuatına istinadən məlumat yayıb.

Qeyd edilir ki, hərbçilər zərbə dronundan artileriya silahlarını sıradan çıxarmaq üçün yararlanıblar.

"Telegram" kanallarında isə Ukrayna ordusunun "Bayraktar"ın zərbə endirməsini əks etdirən video yayılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Bayraktar  





Xəbər lenti