Kəlbəcər və Laçında 580 km-dən çox yollar inşa edilib
Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsindən Laçın rayonunun Minkənd yaşayış məntəqəsinə, eləcə də dövlət sərhədi boyunca digər istiqamətlərdə ümumilikdə 580 km-dən çox torpaq örtüklü yollar inşa edilib. Qoşunların qış aylarında dağlıq ərazilərdə təhlükəsiz hərəkət etməsi üçün yolların işarələnməsi və qar çubuqlarının qurulması başa çatdırılıb.
Azad edilən ərazilərdə infrastrukturun bərpa olunması məqsədilə həyata keçirilən zəruri tədbirlər davam etdirilir.
AzVision.az
Teqlər: Yol