Moskvada keçmiş bank meneceri və ailə üzvləri öldürülüb

Moskvada keçmiş bank meneceri və ailə üzvləri öldürülüb
  26 Oktyabr 2021    Oxunub :315
Rusiyanın paytaxtı Moskvada müflis olmuş “Smolensk Bank”ın keçmiş top meneceri Mixail Yaxontov və onun ailə üzvləri qətlə yetirilib.
AzVision.az xəbər verir ki, bu barədə “TASS” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Qətlə yetirilənlər Mixail Yaxontov, onun həyat yoldaşı və 8 yaşlı oğludur. Hazırda qətlin motivi və təfərrüatları araşdırılır. Bir neçə versiya, o cümlədən maliyyə variantı nəzərdən keçirilir”, - açıqlamada vurğulanıb.

İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin nümayəndəsi Yuliya İvanova bildirib ki, oktyabrın 26-da günorta saatlarında Mosfilmovskaya küçəsindəki yaşayış binasında yerləşən mənzildə üzərlərində zorakılıq əlamətləri olan qadın, kişi və azyaşlı uşağın meyitləri tapılıb. Kişinin 57, qadının 39, uşağın isə 8 yaşı var.

AzVision.az

Teqlər: Moskva   Qətl  







Xəbər lenti