Sudanın baş nazirinin harada olduğu məlum deyil
Xarici işlər naziri ərəb, Afrika və Qərb ölkələrindəki həmkarlarına məktublar göndərərək, onlara qanuni baş nazir Abdulla Hamdok və hökumət üzvlərinin hələ də naməlum yerdə olduqlarını bildirib.
Əs-Siddiq vurğulayıb ki, hökumət çevrilişi pisləyir, vətəndaş müqavimətinin bütün üsulları ilə buna qarşı mübarizə aparılacaq, konstitusiyaya zidd bəyanatlar qarşısında təslim olmaq niyyətində deyillər.
Sudan hərbçiləri bazar ertəsi səhər ölkənin baş nazirini, eləcə də bir neçə digər hökumət üzvünü saxlayıblar. Dövlət televiziyası ilə çıxış edən Sudanın keçid dövrünün Suveren Şurasının sədri Əbdülfəttah əl-Burhan ölkədə fövqəladə vəziyyətin tətbiq olunduğunu, şuranın və ölkə hökumətinin buraxıldığını elan edib.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Sudan